Bank Of Baku

Rusiya Britaniya diplomatlarını ölkədən çıxaracaq

Rusiya Britaniya diplomatlarını ölkədən çıxaracaq
# 15 mart 2018 11:21 (UTC +04:00)

Böyük Britaniya hökumətinin 23 Rusiya diplomatını ölkədən çıxarmaq qərarına cavab olaraq Moskva da analoji addım atacaq.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlə naziri Sergey Lavrov deyib. Bunun hansı müddətdə gerçəkləşəcəyi barədə suala nazir belə cavab verib: “Tezliklə”.

 

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki Sergey Skripal və qızı Yuliya martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində huşsuz vəziyyətdə tapılıblar. Britaniyanın baş naziri Tereza Mey martın 12-də verdiyi açıqlamada Skripal və qızının SSRİ-də istehsal edilmiş “Noviçok” adlı kimyəvi silahla zəhərləndiklərini bildirib. O, hadisəyə görə məsuliyyəti Rusiyanın boynuna qoyaraq bunu Böyük Britaniyaya qarşı akt kimi qiymətləndirib. Martın 14-də T. Mey Rusiyaya qarşı sanksiya xarakterli qərarları açıqlayıb. Bu qərarlara əsasən Rusiya ilə rəsmi səviyyədə təmaslar dayandırılır və bu ölkənin diplomat adı ilə Britaniyada fəaliyyət göstərən 23 kəşfiyyatçısı ölkədən çıxarılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR