APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin deyib.
“Dövlət Duması Şurası deputatlar adından Rusiya prezidentinə müraciət edib. Həmin müraciətdə deputatlar prezidenti Krımdakı vəziyyəti sabitləşdirmək üçün tədbirlər görməyə, Krım əhalisini müdafiə etməyə çağırıb”, - deyə S. Narışkin bildirib.