Bakı. Zümrüd Paşayeva – APA. Dünya yeni “soyuq müharibə” astanasındadır.
APA - nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin deyib.
O, yaranmış vəziyyətə görə ABŞ və onun müttəfiqlərini ittiham edib.
“ABŞ-ın və onun müttəfiqlərinin məsuliyyətsiz, aşağılayıcı siyasəti dünyanı yeni “soyuq müharibə”nin astanasına gətirib çıxarıb”, - deyə S. Narışkin vurğulayıb.