Bank Of Baku

Rusiya Dövlət Dumasının viste-spikeri İranla viza rejiminin ləğvini təklif edib

Rusiya Dövlət Dumasının viste-spikeri İranla viza rejiminin ləğvini təklif edib
# 18 yanvar 2016 11:37 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya Dövlət Dumasının vitse-spikeri, "Ədalətli Rusiya" partiyasının üzvü Nikolay Leviçev Rusiya ilə İran arasında viza rejiminin ləğvi ilə bağlı təklif irəli sürüb.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, N. Leviçev bildirib ki, viza rejiminin ləğvi Rusiya ilə İran arasında bütün sahələrdə ikitərəfli əməkdaşlığın yeni səviyyəyə qalxmasına təkan verəcək. 
 


"İkitərəfli şəkildə viza rejiminin ləğvi Rusiya və İran əməkdaşlığının inkişafında məntiqi addım olacaq. İranda ölkəmizə böyük maraq var. Bu maraq təkcə rəsmi səviyyədə deyil, sadə iranlılar da Rusiya mədəniyyətini yaxşı öyrənmək və rusiyalıların həyatı ilə tanış olmaq istəyirlər. Necə deyərlər, tələb təklifdən irəli gəlir. Yerli biznes Rusiyaya səyahət edən iranlıların sayının çoxalmasından gəlir əldə edə bilər", - deyə o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR