Rusiya Federal Miqrasiya Xidməti: “Bir milyona yaxın əcnəbinin Rusiyaya girişinə qadağa qoyulub”

Rusiya Federal Miqrasiya Xidməti: “Bir milyona yaxın əcnəbinin Rusiyaya girişinə qadağa qoyulub”
# 23 sentyabr 2014 13:29 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romadanovski deyib. O bildirib ki, 990 mindən çox əcnəbinin Rusiyaya girişi yasaqlanıb: “Əlbəttə ki, MDB ölkələri - Özbəkistan (40 faiz), Tacikistan (20 faiz), Qırğızıstan və Azərbaycan siyahıya liderlik edirlər”.

K. Romadanovsinin sözlərinə görə, Rusiya qanunvericiliyini pozan əcnəbilərin ölkəyə girişini yasaqlayan avtomatik sistem effektli nəticə verib: “Biz bu il Mərkəzi Asyadan kütləvi girişi çox azaltmışıq. Ölkəyə girişin qadağan olunması qeyri-qanuni miqrasiya və qeyri-qanuni əmək fəaliyyəti ilə bağlı səmərəli xəbərdarlıq tədbiri kimi özünü göstərib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR