Bank Of Baku

Moskva və Sankt-Peterburqda terror planlaşdıran İŞİD üzvləri yaxalanıb

Moskva və Sankt-Peterburqda terror planlaşdıran İŞİD üzvləri yaxalanıb
# 08 fevral 2016 12:33 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Rusiyanın Yekaterinburq şəhərində saxlanılan 7 İŞİD üzvündən ibarət cinayətkar qrup Moskva, Sankt-Peterburq və Uralda terror aktları həyata keçirməyi planlaşdırıblar.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Federal Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr mərkəzindən bildirilib. Saxlanılanlar Rusiya və Mərkəzi Asiya ölkələrinin vətəndaşlarıdır.

 

Məlumatda iddia olunur ki, silahlı dəstəyə Türkiyədən gələn terrorçu rəhbərlik edib. Terror aktlarını həyata keçirdikdən sonra cinayətkar qrup Suriyaya gedərək hərbi əməliyyatlarda iştirak etməyi planlaşdırıb.

 

Saxlanılanlara qarşı Cinayət Məcəlləsinin 205 (terrorçuluq fəaliyyəti göstərmək), 222 (qeyri-qanuni silah dövriyyəsi), 222.1-ci (partlayıcı qurğuların qanunsuz saxlanması) maddələri üzrə cinayət işi açılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR