Bank Of Baku

Rusiyada helikopter qəzası nəticəsində 15 nəfər ölüb - YENİLƏNİB

Rusiyada helikopter qəzası nəticəsində 15 nəfər ölüb - <span style="color: red;">YENİLƏNİB
# 26 noyabr 2015 08:36 (UTC +04:00)

Bakı - APA. Rusiyanın Krasnoyarsk diyarı ərazisində "Mi-8" helikopterinin qəzaya uğraması nəticəsində 15 nəfər ölüb. 

 

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Qərbi-Sibir Nəqliyyat Prokurorluğunun nümayəndəsi Oksana Qorbunova deyib. "Turuxan" aviaşirkətinə məxsus helikopter İqarka şəhərinin 10 kilometrliyində yerə düşüb. Helikopterdə ümumilikdə 25 nəfər olduğu açıqlanıb. Xəsarət alan 10 nəfər xəstəxanaya çatdırılıb.
 

*** *** ***

 

10.06

 

Bakı - APA. Rusiyanın Krasnoyarsk diyarı ərazisində "Mi-8" helikopteri qəzaya uğrayıb.

 

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, qəza zamanı ekipaj üzvləri ölüb, bəzi sərnişinlər isə sağ qalıb. Hadisə barədə müvafiq orqanlara məhz həmin sərnişinlər xəbər verib.

 

Helikopterdə ümumilikdə 26 nəfərin olduğu bildirilir. Olay yerinə axtarış-xilasetmə qrupları göndərilib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR