Bakı. Könül Cəfərli - APA. “Rusiya digər ölkələrlə birgə İrandan uranın zənginləşdirilməsini dondurmağını istəyir”. APA-nın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O bildirib ki, İran nüvə obyektlərinin birində uranın zənginləşdirilməsi üçün istifadə edilən müasir sentrifuqaların sayını artırmağı planlaşdırır: “Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin də məlumatı var və agentlik sentrifuqaların quraşdırılmasına nəzarət edəcək. Əslində sentrifuqaların sayının artırılması İranın qəbul etdiyi beynəlxalq öhdəliklərə zidd deyil. Lakin Rusiya və BMT Təhlükəsizlik Şurasının digər üzvləri nüvə danışıqları mərhələsində İranı uranın zənginləşdirilməsini dondurmağa çağırır”.