Bank Of Baku

Rusiya İsrailə Suriyaya göndəriləcək “S-300” raket sistemlərinə dair mövqeyini açıqlayıb

Rusiya İsrailə Suriyaya göndəriləcək “S-300” raket sistemlərinə dair mövqeyini açıqlayıb
# 15 may 2013 00:45 (UTC +04:00)

Bakı-APA. Rusiya tərəfi İsrail nümayəndə heyəti ilə danışıqlarda Suriyaya göndəriləcək “S-300” raket sistemlərinə dair mövqeyini açıqlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

 

“İsrailin baş naziri Banyamin Netanyahu ilə təhlükəsizlik məsələləri də daxil olmaqla çox həssas mövzular ətrafında məzmunlu dialoq keçirilib. “S-300” raket sistemlərinə dair məsələyə də toxunulub. Bu məsələ ilə bağlı Rusiyanın məlum mövqeyi təqdim olunub. İsrail tərəfi də onu dinləyib”, deyə D.Peskov qeyd edib.    

 

“Netanyahu ilə danışıqlar çox yaxşı keçib. Putin və Netanyahu arasında artıq xeyli vaxtdır ki etibarlı münasibət qurulub”, deyə Rusiya prezidentinin mətbuat katibi əlavə edib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR