Bank Of Baku

Rusiyanın iqtisadi inkişaf nazirinə qarşı rəsmi ittiham irəli sürülüb

Rusiyanın iqtisadi inkişaf nazirinə qarşı rəsmi ittiham irəli sürülüb
# 15 noyabr 2016 13:03 (UTC +04:00)

Rusiya İstintaq Komitəsi iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin saxlanılmasının detallarını açıqlayıb.

 

APA-nın məlumatına görə, komitənin mətbuatla iş üzrə əməkdaşı Svetlana Petrenko “RİA Novosti”yə açıqlamasında bildirib ki, böyük məbləğdə rüşvət alarkən saxlanılan iqtisadi inkişaf nazirinə qarşı cinayət işi açılıb.

 

İstintaqın məlumatına əsasən A. Ulyukayev “Başneft”in satın alınması ilə bağlı müsbət rəy verməyə görə “Rosneft”dən rüşvət tələb edib. Əks halda “Rosneft”in fəaliyyətinə maneçilik törədəcəyini deyib. “Rosneft”in nazirin qanunsuz hərəkəti ilə bağlı müraciətindən sonra A. Ulyukayev 2 milyon dollar məbləğində rüşvət alarkən saxlanılıb.

 

S. Petrenko bildirib ki, “Rosneft”in “Başneft”i alması ilə bağlı razılaşmanın qanuniliyinə şübhə yoxdur və bu səbəbdən o, araşdırma predmeti deyil.

 

İstintaq məhkəmə qarşısında A. Ulyukayev barəsində qətimkan- tədbirinin seçilməsi ilə bağlı vəsatət qaldırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR