Bank Of Baku

Rusiya İstintaq Komitəsi Peterburqdakı partlayışın səbəbini açıqlayıb

Rusiya İstintaq Komitəsi Peterburqdakı partlayışın səbəbini açıqlayıb
# 27 dekabr 2017 19:08 (UTC +04:00)

Rusiya İstintaq Komitəsi Sankt-Peterburqda mağazada baş verən partlayışın səbəbini açıqlayıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, mağazada gücü 200 qram trotilə ekvivalent olan əldə düzəldilmiş, dağıdıcı elementlərlə doldurulmuş partlayıcı qurğu işə düşüb.

 

Faktla bağlı sui-qəsdə cəhd maddəsi ilə cinayət işi qaldırılıb. Hadisə nəticəsində 9 nəfər xəstəxanalara yerləşdirilib, ölən yoxdur.

 

Qeyd edək ki, bu axşam Sankt-Peterburqda ticarət mərkəzində yerləşən mağazaların birində partlayış baş verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR