Rusiya İstintaq Komitəsinin Kemerovo vilayəti üzrə idarəsinin rəhbəri Sergey Kalinkinə qarşı cinayət işi başlanıb.
APA-nın “lenta.ru”ya istinadən verdiyi məlumata görə, S. Kalinkinlə yanaşı, region qubernatorunun 2 müavini - Aleksey İvanov və Aleksandr Danilçenko, eləcə də başqa vəzifəli şəxslərə qarşı da ittiham irəli sürülüb. Onlar yerli müəssisələrdən birinin səhm paketini qanunsuz şəkildə ələ keçirməkdə ittiham olunur.