Moskva. Fərid Əkbərov - APA. Rusiya bombardımançı təyyarələri son 4 gün ərzində Suriyada terroçuların 600-ə yaxın obyektini bombalayıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu keçirdiyi brifinqdə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib. "Ötən 4 gün ərzində Rusiya aviaqrupunun təyyarələri Suriyada 157 döyüş uçuşu həyata keçirərək terrorçuların Hələb, Deyr-Ez-Zor, Homs, Hama, Rakka və Latakiya əyalətlərindəki 579 obyetinə zərbə endirib", - deyə o, söyləyib.
İ. Konaşenkov Rusiyanın "Su-34" təyyarəsinin terrorçuların Deyr-Ez-Zor əyalətindəki əsas məntəqəsini məhv etdiyini açıqlayıb: "Bu məntəqədə İŞİD dinc sakinlərin kütləvi edamını həyata keçirirdi. Aviasiya hücumu nəticəsində döyüş sursatları ilə dolu olan üç yük maşını, "ZU-23" silahı quraşdırılmış iki ədəd avtomobil, 60-dan çox terrorçu məhv edilib".