Moskva.Fərid Əkbərov-APA. Türkiyə Rusiya hərbi missiyasına müşahidə uçuşları həyata keçirməsinə icazə verməməklə “açıq səma” müqaviləsinin tələblərini pozub.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Müdafiə nazirliyinin rəsmi nümayəndəsi Sergey Rıjkov bəyan edib.
“Açıq səma” beynəlxalq razılaşmasına uyğun olaraq fevralın 1-dən 5-dək Rusiya hərbçilərinin Türkiyə səmasında müşahidə uçuşları planlaşdırılırdı.
Lakin Türkiyə tərəfi marşrutla tanış olduqdan sonra, ölkənin Xarici İşlər Nazirliyinin təlimatlarını əsas gətirərək uçuşları ləğv edib.
“Türkiyə tərəfinin “açıq səma” razılaşmasının tələblərini pozması və qeyri-konstruktiv hərəkətləri gələcəkdə böhranların yaranması üçün təhlükəli presedent yaradır.”, deyə S.Rıjkov bildirib.