Moskva. Fərid Əkbərov - APA. "Tacik xalqının və Rusiyanın firavanlığı 201-ci Rusiya hərbi bazasının gücündən asılıdır".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov Tacikistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Emoməli Sobirzoda ilə görüşündə bildirib.
“201-ci baza Tacikistanın təhlükəsizliyinin qarantıdır. Bu hərbi baza KTMT ölkələrinin bu regionda forpostudur. Sizə açıq və səmimi deyirəm ki, Rusiya Federasiyasının və tacik xalqının firavanlığı 201-ci bazanın nə qədər güclü olmasından asılıdır”, - deyə A. Antonov qeyd edib. Onun sözlərinə görə, Rusiyanın Tacikistanla qarşılıqlı fəaliyyəti regional təhlükəsizliyin qorunub saxlanmasında önəmli faktordur: “Tacikistan təkcə bizim uzun illərdir dostluq münasibətləri saxladığımız ölkə deyil, Tacikistan bizim müttəfiqimizdir”.