Bank Of Baku

Rusiya NATO-nun şərq cinahının gücləndirilməsinə cavab verəcəyini vəd edib

Rusiya NATO-nun şərq cinahının gücləndirilməsinə cavab verəcəyini vəd edib
# 14 fevral 2016 01:54 (UTC +04:00)

Bakı-APA. Rusiya NATO ilə münasibətlərin gərginləşməsində maraqlı deyil, lakin Alyansın  şərq cinahının gücləndirilməsinə cavab olaraq, lazımi tədbirlər görəcək. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın NATO yanında daimi nümayəndəsi Aleksandr Qruşko bildirib.

 

O, bu açıqlamanı Münhen Təhlükəsizlik Konfransında bildirib.   

 

Onun sözlərinə görə, Qərb təhlükəsizliyin real problemləri kənara qoyaraq, uydurma “Rusiya təhdidi problemi”ni bilərəkdən qabardır.

 

“Bu gün miqrasiya, terrorçuluq kimi real problemlər  NATO-dan əməkdaşlıq etməyi tələb edir, o cümlədən də Rusiya ilə. Real təhlükəsizliyin məqsədlərinə nail olmaqda Rusiyasız heç bir konkret nəticə əldə oluna bilməz”, deyə o qeyd edib.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR