Bank Of Baku

Rusiya paytaxtına yağan güclü qar həyatı iflic edib - FOTOSESSİYA

Rusiya paytaxtına yağan güclü qar həyatı iflic edib - <span style="color: red;">FOTOSESSİYA
# 21 yanvar 2013 07:57 (UTC +04:00)

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, yanvarın 17-dən başlayaraq fasiləsiz yağan güclü qar Rusiya paytaxtında həyatı iflic edib. Moskva dairəvi yolunda hərəkət tamamilə dayanıb. Şəhər mərkəzi istiqamətində yol boyunca uzunluğu kilometrlərlə ölçülən tıxac yaranıb. “Yandex” axtarış sistemi səhər saatlarında tıxacın 8 bal olduğunu göstərib.

 

Qarın hündürlüyü 25 santimetri keçib. Şəhər meriyası paytaxtın mərkəzi küçələrinin qardan təmizlənməsinə minlərlə texnika və canlı qüvvə  ayırıb. Qarın dayanmadan yağması küçələrin təmizlənməsinə mane olur. Paytaxtın mərkəzi küçələrinin kənarında hündürlüyü iki metrə çatan qar topalarına rast gəlmək olur.

 

Sinoptiklər gün ərzində qarın davam edəcəyini bildiriblər. Axşam saatlarından isə temperaturun daha da aşağı düşməsi müşahidə olunacaq. Yolların buz bağlayacağı bildirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR