Moskva. Fərid Əkbərov – APA. Rusiya paytaxtında tanınmış dağıstanlı yazıçı, publisist və siyasi xadim Rəsul Həmzətovun abidəsinin açılış mərasimi keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, mərasimdə Rusiya prezidenti Vladimir Putin, keçmiş baş nazir Yevgeni Primakov, Moskva meri Sergey Sobyanin, Dağıstanın prezidenti vəzifəsini müvəqqəti icra edən Ramazan Abdulatipov iştirak ediblər.
Vladimir Putin çıxışında Rəsul Həmzətovla şəxsən tanış olduğunu söyləyib: “Mən çox şadam ki, Rəsul Həmzətovla yaxından tanış olmuşam və onun fikirlərinə və mənəvi dəyərlərinə toxunmaq imkanım olub”.
Qeyd edək ki, Rəsul Həmzətovun abidəsi paytaxtın “Yauzskiy” bulvarında qoyulub.