Bank Of Baku

Rusiya Prezident Administrasiyasındakı mənbə: Krım baş nazirinin Vladimir Putinə müraciəti diqqətsiz qalmayacaq

Rusiya Prezident Administrasiyasındakı mənbə: Krım baş nazirinin Vladimir Putinə müraciəti diqqətsiz qalmayacaq
# 01 mart 2014 09:44 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Rusiya Krımın baş naziri Sergey Aksyonovun prezident Vladimir Putinə ünvanlandığı müraciətini diqqətsiz qoymayacaq.

 

APA-nın “Lenta.ru” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Prezident Administrasiyasından bildirilib. Lakin açıqlama verən şəxsin kimliyi açıqlanmır.

 

Qeyd edək ki, fevralın 28-də Krım Muxtar Respublikanın Nazirlər Şurasının sədri Sergey Aksyonov Krımda sülhün təmin edilməsinə kömək üçün Rusiya prezidenti V. Putinə müraciət edib. O bildirib ki, Muxtar Respublikada qeyri-müəyyən silahlı bölmələr yerləşdirilib, güc strukturları isə vəziyyəti effektiv şəkildə nəzarətdə saxlamağı bacarmır.

 

Ukrayna prezidentinin səlahiyyətini icra edən Aleksandr Turçinov isə Rusiyanı Krımı Ukraynadan ayırmaq cəhdində ittiham edib. Baş nazir Arseniya Yatsenyuk bildirib ki, Rusiya Cənubi Osetiya ssenarisini Ukraynada təkrarlamağa çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR