Bakı. Real Cəfərli-APA. “İrana qarşı sanksiyalar azaldılmalıdır”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Qərb ölkələrini bu addımı atmağa çağıran S.Lavrov Suriyadakı böhranla bağlı Cenevrədə keçiriləcək konfransa da toxunub: “Bu konfransın mövzusu Suriyadakı hakimiyyəti təslim olmağa məcbur etmək olmamalıdır. İranın bu konfransda iştirakı onun uğur qazanmasının şərti sayılır. Suriya hökuməti də müxaliflərin konfransda iştirakı üçün şərt irəli sürməməlidirlər”.
Rusiya XİN rəhbəri suriyalı silahlı qiyamçıları silahlandıran ölkələrdən də Suriyada qan axıdılmasından çəkinməyə və bu ölkədəki böhrana son qoymağa çalışmağa çağırıb.