Bank Of Baku

Rusiya silah ixracatını son 10 ildə üç dəfə artırıb - FOTO

Rusiya silah ixracatını son 10 ildə üç dəfə artırıb - <span style="color: red;">FOTO
# 21 yanvar 2013 11:51 (UTC +04:00)

Rusiya Hərbi Texnologiya Şirkətinin direktoru Aleksandr Fomin: “46 milyard dollar dəyərində silah sifarişi almışıq”

 

Moskva. Fərid Əkbərov-APA. Rusiyanın silah ixracatı son 10 ildə üç dəfə artıb. APA-nın Mosva müxbirinin verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlamasında Rusiya Hərbi Texnologiya Şirkətinin direktoru Aleksandr Fomin bildirib.

 

“2003-ci ildən bəri silah ixracatı üç dəfə artıb. 46 milyard ABŞ dolları dəyərində silah sifarişi almışıq”.

 

A. Fomin Rusiyanın silah satdığı ölkələr siyahısına Əfqanıstan, Tanzaniya, Oman və Qananın da əlavə olunduğunu söyləyib: “Rusiyanın silah ixracatı 15,2 milyard dolları ötüb”.

 

Qeyd edək ki, ABŞ-dan sonra dünyanın ikinci böyük silah ixracatçısı olan Rusiya Suriya, Çin, Hindistan, Malaziya, Venesuela kimi ölkələr başda olmaqla 55 ölkəyə silah ixrac edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR