Bank Of Baku

Rusiya Təhlükəsizlik Şurası: Xarici siyasətin əsas prioriteti MDB-dir

Rusiya Təhlükəsizlik Şurası: Xarici siyasətin əsas prioriteti MDB-dir
# 14 yanvar 2016 11:22 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Rusiyanın xarici siyasətinin əsas istiqamətlərindən biri MDB, habelə Abxaziya və Cənubi Osetiya ilə əməkdaşlığın möhkənməndirilməsidir.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Rəşid Nurqaliyev deyib. “Milli Təhlükəsizlik Strategiyasının yeni redaksiyasında Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi Birliyi  ilə əməkdaşlığı sahəsində konkret tapşırıqlar müəyyənləşdirilib. Qeyd edilib ki, xarici siyasətin əsas istiqamətlərindən biri MDB ölkələri, Abxaziya və Cənubi Osetiya ilə ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsidir”, - deyə o, söyləyib.

 

R. Nurqaliyev əlavə edib ki, Rusiya adıçəkilən ölkələrlə inteqrasiya proseslərini dərinləşdirməyə davam edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR