Rusiya Daxili İşlər Nazirliyi işçilərinin tətil edə biləcəyi ölkələr siyahısından Türkiyənin adını çıxarıb.
APA-nın “Cümhuriyyet” nəşrinə istinadən verdiyi xəbərə görə, Rusiyanın tur təşkilatının “ATOR” rəsmi səhifəsində yayımlanan açıqlamada səyahət edilə biləcək ölkələrin siyahısına Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Belarus, Türkmənistan, Özbəkistan, Cənubi Osetiya, Abxaziya, Kuba, Vyetnam Fələstin və Çin daxil edilib.
2015-2016-cı illərdə isə bu siyahıda Suriya, Tunis, Misir, Myanmar və Türkiyənin də adı var idi.