APA-nın “İTAR-TASS”a istinadən verdiyi məlumata görə, bu barədə İnterpolun saytında bildirilib.
Saytda Yaroşun rəngli və ağ-qara olmaqla iki fotoşəkli yerləşdirilib, həmçinin qeyd olunub ki, onun haqqında məlumatı olanlar hüquq-mühafizə orqanlarına müraciət etsinlər.
Yaroş ictimai şəkildə terrora çağırışlar etməkdə günahlandırılır. Onun barəsində axtarış orderi Rusiya tərəfinin tələbi ilə yazılıb.
Rusiya Təhqiqat Komitəsinin 5 mart 2014-cü il qərarı ilə Rusiya əleyhinə və ekstremizmə çağırış xarakterli çıxışlar edən Dmitriy Yaroş terror və kütləvi iğtişaşlar üçün zəmin yaratmaqda ittiham olunur.