Bakı. Zümrüd Paşayeva – APA. “Rəsmi Moskva Ukrayna prezidenti Petro Poroşenkonun Müstəqil Dövlət Birliyinin sammitində iştirak etməməsində narahatlıq doğuran məqam görmür. Ukrayna bu tədbirdə öz səfiri ilə təmsil olunub”.
APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov deyib. O, MDB-nin Ukraynadakı münaqişəni həll edəcək bir təşkilat olmadığını və bunun MDB-nin səlahiyyətləri çərçivəsində olmadığını qeyd edib.
“MDB Ukraynadakı vəziyyət və münaqişənin həlli ilə məşğul olmur, bu Kiyevin problemidir” o deyib.
Xatırladaq ki, Poroşenko MDB-nin Minskdə keçirilən sammitində iştirak etməyib. Sammitdə Ukrayna hökuməti adından bu ölkənin Belarusiyadakı səfiri Mixayl Yezel iştirak edib.