Bakı. Məlahət Nəcəfova - APA. “Rusiya ABŞ-ın Avropada artmaqda olan hərbi mövcudluğuna qarşı kompensasiyaedici tədbirlər görəcək".
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa Əməkdaşlıq Departamentinin direktoru Andrey Kelin deyib. O bildirib ki, amerikalılar növbəti il üçün Avropada hərbi xərcləri 4 dəfə artıracaqlarını bəyan ediblər: “Buna qarşı simmetrik tədbirlərin görülməsi lazım deyil. Normal hərbi-strateji səviyyənin saxlanılması üçün kompensasiyaedici tədbirlər görülür və görüləcək”.
Xatırladaq ki, ABŞ administrasiyası 2017-ci il maliyyə ilində avropalı tərəfdaşlarının müdafiəsi üçün 3,4 milyard dollar ayıracağını açıqlayıb.