Bank Of Baku

Rusiya XİN Ankarada törədilən terror aktını pisləyib

Rusiya XİN Ankarada törədilən terror aktını pisləyib
# 18 fevral 2016 11:10 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya Ankarada baş verən terror aktına münasibət bildirib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən bəyanatda fevralın 17-də Ankarada baş verən terror aktında həlak olanlarla bağlı Türkiyə xalqına başsağlığı verilib.
 

“Terror aktında həlak olanların qohumlarına və yaxınlarına dərin hüznlə baş sağlığı veririk. Bu vəhşi aksiyada yaralananların tez bir zamanda sağalmasını arzu edirik. Barbar cinayətə haqq qazandırmaq olmaz. Onun təşkilatçıları və təhrikçiləri baş verənlərə görə cavab verməlidir. Baş verənlər bir daha göstərir ki, beynəlxalq terrorçuluğa qarşı mübarizədə bütün dövlətlərin birliyi vacibdir”, - deyə Rusiya XİN-in bəyanatında qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR