Rusiya XİN: Avropa İttifaqına qoşulmazdan öncə Ukrayna Moskva ilə bütün problemləri həll etməlidir

Rusiya XİN: Avropa İttifaqına qoşulmazdan öncə Ukrayna Moskva ilə bütün problemləri həll etməlidir
# 25 sentyabr 2014 16:32 (UTC +04:00)

Bakı – APA. Avropa İttifaqına qoşulmazdan öncə Ukrayna Rusiya ilə bütün problemləri həll etməlidir.

APA – nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa əməkdaşlığı departamentinin direktoru İvan Soltanovskiy deyib.

Ukraynanın Avropa İttifaqına qəbulu tarixi ilə bağlı proqnoz verə bilməyəcəyini deyən İ. Soltanovskiy Ukraynanın böyük hissəsinin, siyasi və biznes elitasının arzusu ilə yanaşı Ukrayna cəmiyyətinin mövcud durumunu da gördüklərini bildirib.

“İstənilən halda Rusiya ilə problemləri çözmək lazımdır. Biz mövcud problemləri Avropa Komissiyası və Ukrayna ilə məsləhətləşmələrdə həll etməyə çalışırıq. Rusiya faktoru nəzərə alınmadan, bunu etmək çətin olacaq”, - deyə o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR