Moskva. Fərid Əkbərov – APA. Rusiya Xarici İşlər Nazirliyi Misirdə tərəfləri zorakılığı dayandırmağa çağırıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, XİN-dən verilən açıqlamada Misir Ərəb Respublikasının çətin bir dövr yaşadığı bildirilib: “Dost Misir dövlətində bütün siyasi qüvvələri ayıq və səbrli olmağa çağırırıq. Ölkənin milli mənafelərinə uyğun olaraq qarşıdurmanın artmasına və yeni ölümlərin baş verməsinə imkan verilməməlidir”.