Rusiya yaxın vaxtlarda Suriyaya yeni hava hücumundan müdafiə sistemi göndərəcək.
APA-nın Moskva müxbirinin verdiyi məlumatına görə, bunu Rusiya Silhalı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi, general-polkovnik Sergey Rudskoy keçirdiyi brifinqdə bildirib.
Baş Qərargah nümayəndəsi rusiyalı mütəxəsissilərin suriyalı hərbçilərə təlim keçməyə davam edəcəyini də söyləyib: "Rusiyalı mütəxəsisslər həm də suriyalı hərbçilərin yaxın vaxtlarda Suriyaya göndəriləcək yeni hava hücumundan müdafiə sistemlərini öyrənməsinə yardım edəcəklər".
S. Rudskoyun sözlərinə görə. Suriya Müdafiə Nazirliyi ABŞ və müttəfiqlərinin raket zərbələrininin nəticələrini detallı analiz edib: "Bu analizin nəticəsində ölkənin hava hücumundan müdafiə sisteminə bir sıra dəyişikliklər edilməsi qərara alınıb ki, bu da hava hücumundan müdafiənin etibarlılığını yüksəldəcək".
Qeyd edək ki, KİV-də Rusiyanın Suriyaya S-300 "Favorit" kompleksələri göndərəcəyi barədə məlumatlar yayılıb. Kreml bu məlumatları şərh etməyib. Rusiya XİN başçısı Sergey Lavrov isə S-300 zenit raket komplekslərinin Suriyaya göndərilməsi məsələsinin həll olunmadığını, Moskva və Dəməşqin qərarını gözləməyin lazım olduğunu söyləyib.