Bank Of Baku

Rusiyada 4 milyona yaxın qeyri-leqal miqrant yaşayır

Rusiyada 4 milyona yaxın qeyri-leqal miqrant yaşayır
# 05 iyul 2013 09:34 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Federal Miqrasiya Xidmətinin rəis müavini Dmitri Demidenko bildirib. Onun sözlərinə görə, iyun ayında Rusiya ərazisində miqrantların sayı 11 milyon 193 min nəfər olub: “Bunların əksəriyyəti MDB ölkələrinin vətəndaşlarıdır”.

 

Qanunsuz şəkildə Rusiya ərazisində yaşayan miqrantların yaxalandıqları zaman öz ölkəsinə deportasiya olunduğunu söyləyən D. Demidenko bildirib ki, qanunsuz miqrantların sayının artmasına səbəb vizasız rejimin mövcud olmasıdır: “MDB ölkələrindən vizasız gələn vətəndaşların qalma müddəti bitdiyi zaman onlar Rusiyadan geri qayıtmırlar. Qanunsuz miqrantların sayı da bu şəkildə formalaşır. Ona görə də, Rusiyanın sərhəd təhlükəsizliyinin inkişaf etdirilməsinə böyük ehtiyac var”.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR