Rusiyanın Kirov vilayətində ağır yol qəzası baş verib.
APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, Qrebenki kəndi ərazisində “Volkswagen” və VAZ markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində VAZ-da olan 5 nəfər, o cümlədən bir uşaq həyatını itirib.
Qəzanın səbəbləri araşdırılır.