Bank Of Baku

Rusiyada qəza nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb - YENİLƏNİB

Rusiyada qəza nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb - <span style="color: red;">YENİLƏNİB
# 04 dekabr 2016 14:41 (UTC +04:00)

Rusiyanın Tümen vilayətində avtomagistralda baş verən qəza nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, ölənlərin 10-u uşaqdır.

 

Qeyd edək ki, bu gün Tümen vilayətində Xantı-Mansiysk magistralında avtobus, iki minik maşını və bir yük maşını toqquşub. Avtobusda 29-u uşaq olmaqla, 32 nəfər olub. 

 

***

 

saat 17.08

 

Rusiyanın Tümen vilayətində avtomagistralda baş verən qəza nəticəsində 10 nəfər ölüb.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Xantı-Mansiysk magistralında avtobus, iki minik maşını və bir yük maşını toqquşub.

 

Avtobusda 29-u uşaq olmaqla, 32 nəfər olub. Qəzada ölən 10 nəfərdən 9-u uşaqdır. Qəzanın səbəbkarı avtobus sürücüsü olub.  Hadisə yerinə 10 təcili yardım briqadası göndərilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR