Rusiyanın Perm diyarında iki minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, qəza Nıtva-Kudımkar yolunun 54-cü kilometrliyində qeydə alınıb.
“KİA” markalı avtomobil qarşı zolağa çıxaraq və “VAZ 21104”-lə toqquşub. Hadisə nəticəsində “KİA”-nın sürücüsü və iki sərnişini, eləcə də “VAZ” avtomobilində olan iki sərnişin hadisə yerində ölüb.
Qəzanın səbəbləri araşdırılır.