Bank Of Baku

Rusiyada bir ailənin 4 üzvü qətlə yetirilib

Rusiyada bir ailənin 4 üzvü qətlə yetirilib
# 04 mart 2017 04:16 (UTC +04:00)

Rusiyanın Tuva Respublikasında ikisi azyaşlı olmaqla bir ailənin 4 üzvü qətlə yetirilib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Ak-Dovurak şəhərində, beşmərtəbəli yaşayış binasının mənzilində qeydə alınıb.

 

Belə ki, yanğınsöndürənlər mənzildə  baş vermiş yanğını söndürərkən 4 nəfərin meyitini aşkar ediblər. İlkin versiyaya görə, ərlə arvad çoxsaylı bıçaq zərbələrindən öldürülüb. 4 və 6 yaşında iki uşağı isə vanna otağında suda boğublar.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR