Bank Of Baku

Rusiyada deputatın cəsədi betonqarışdıran maşının çəlləyindən tapılıb - FOTO

Rusiyada deputatın cəsədi betonqarışdıran maşının çəlləyindən tapılıb - <span style="color: red;">FOTO
# 18 fevral 2013 07:35 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiyada millət vəkilinin meyiti betonqarışdıran maşının çəlləyindən tapılıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Lipetsk şəhər sovetinin deputatı Mixail Paxomovun cəsədi Podmoskoviya ərazisində beton çəlləyindən aşkar edilib. Rusiya Təhqiqat Komitəsinin yaydığı məlumatda cəsədin Podmoskoviyanın Noqinsk rayonunun Obuxovo qəsəbəsində tapıldığı bildirilib.

 

Məlumatda cəsədin aşkar olunduğu betonqarışdıran maşının yeraltı qarajda saxlanıldığı da bildirilib.

 

Qeyd edək ki, faktla bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırmalar aparılır.

 

İlkin araşdırmalara görə, M. Paxomov sonuncu dəfə fevralın 12-də Lipetskin cənubi-qərb vilayətində görülüb. Daha sonra Podmoskoviya ərazisində polislər millət vəkilinə məxsus şəxsi əşyaların aşkar olunduğu avtomobili saxlayıblar. M. Paxomovun oğurlanaraq qətlə yetirilməsinə görə 5 nəfər həbs olunub.

 

Qətlin sifarişçisi kimi Podmoskoviya hökumətinin mənzil kommunal təsərrüfatı üzrə nazir müavini Yevgeni Xartunovun adı hallanır.   

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR