Bank Of Baku

Rusiyada dəyəri 1 milyon dollar olan 145,44 karatlıq almaz tapılıb - FOTO

Rusiyada dəyəri 1 milyon dollar olan 145,44 karatlıq almaz tapılıb - <span style="color: red;">FOTO
# 13 fevral 2013 11:48 (UTC +04:00)

 

Moskva. Fərid Əkbərov – APA. Rusiyada dəyəri 1 milyon ABŞ dolları olan 145,44 karatlıq almaz tapılıb. APA-nın Rusiya bürosunun məlumatına görə,  almaz istehsalı ilə məşğul olan “Alrosa” şirkəti tərəfindən tapılan sarımtıl rəngdə olan almazın Rusyanın ən soyuq bölgəsi olan Yakutiyadakı almaz mədənində aşkarlandığı bildirilib.

 

“Alrosa” şirkəti keçən ilin sentyabrında dəyəri 1,5 milyon dollar olan 188.15 karatlıq almaz tapmışdı. “Yubileynaya” almaz mədənində tapılan bu almaz Rusiyada tək parça şəklində istehsal olunan dördüncü böyük almaz olub.

 

Qeyd edək ki, Rusiya dünyanın ən böyük almaz mədənlərinə sahib ölkədir. Ölkədəki istehsalın 97 %-ni “Alrosa” şirkəti həyata keçirir. Dünya almaz istehsalının 25 %-i bu şirkətin payına düşür. 2011-ci ildə 34,6 milyon karat almaz istehsal edən şirkət 4,45 milyard dollar gəlir əldə edib. 2012-ci ildə isə 34,4 milyon karat almaz istehsal edən şirkətin 4,5 milyard dollar gəlir əldə etdiyi bildirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR