Rusiyanın Nenets Muxtar Dairəsinin Naryan-Mar şəhər hava limanında təyyarənin sərt eniş etməsi səbəbindən 4 nəfər ölüb.
APA-nın xəbərinə görə, Rusiya İstintaq Komitəsinin Arxangelsk vilayəti və Nenets Muxtar Dairəsi üzrə İstintaq İdarəsinin yaydığı məlumatda bildirilir ki, hadisə bu gün yerli vaxtla 10:30-da baş verib.
An-2 təyyarəsinin göyərtəsində 11 sərnişin və 2 heyət üzvü olub.
Ölən və yaralananlar barədə məlumatlar dəqiqləşdirilir.