Bank Of Baku

Rusiyada helikopter qəzasında 3 nəfər ölüb

Rusiyada helikopter qəzasında 3 nəfər ölüb
# 24 oktyabr 2016 08:25 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiyanın Zabaykalye vilayətində “Robinson R44” helikopterinin qəzaya uğraması nəticəsində göyərtədə olan 3 nəfər həlak olub.

 

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu region quberniyasının mətbuat xidmətinin rəhbəri Lyudmila Mirkutova deyib. Xilasetmə əməliyyatları üçün qəza baş verən əraziyə Fövqəladə Hallar Nazirliyi tərəfindən 3 helikopter , 154 xilasedici və 29 ədəd texnika cəlb olunub.

 

Qeyd edək ki, helikopter oktyabrın 22-də axşam saatlarında havaya qalxıb. Helikopterdə pilot və 2 sərnişin olub. Sərnişinlərin Çita vilayətindəki “Darxan” şirkətinin rəhbəri və baş mühəndisi olduğu müəyyənləşib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR