Bakı-APA. Rusiyanın İrkutsk vilayətində “SsangYong Istana” və “Toyota Hiаce” mikroavtobusları toqquşub.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 7 nəfər ölüb, azı 2 nəfər xəsarət alıb.
İnsident Nijneudinsk şəhərindən 40 km aralıda şose yolunda qeydə alınıb. Qəzanın başvermə səbəbləri araşdırılır.