Rusiyanın Xantı-Mansiysk Muxtar dairəsində ağır yol qəzası baş verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Talinka yaşayış məntəqəsi yaxınlığında qeydə alınıb.
“Mazda” və “Renault Duster” markalı avtomobillərin toqquşması nəticəsində 4-ü uşaq olmaqla 10 nəfər ölüb. İlkin məlumata əsasən, sürücülərdən biri idarəetməni itirərək qarşı zolağa çıxıb.
Faktla bağlı araşdırma aparılır.