Bank Of Baku

Rusiyada neft yatağında partlayış olub, ölən və xəsarət alanlar var

Rusiyada neft yatağında partlayış olub, ölən və xəsarət alanlar var
# 05 mart 2016 18:56 (UTC +04:00)

Bakı-APA. Rusiyada neft yatağında baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Yamal-Nenetsk Muxtar Dairəsinin Nadım rayonunda qeydə alınıb.

 

Məlumata əsasən, “Yarudeysk” neft-qaz-kondensant yatağında geoloji kəşfiyyat işləri aparılarkən naməlum səbəbdən partlayış baş verib. Bir nəfər hadisə yerində ölüb, daha 2-si Nadım xəstəxanasına yerləşdirilib. 

 

Hadisə ilə bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR