Bank Of Baku

Rusiyada qaz partlaması nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Rusiyada qaz partlaması nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb
# 01 dekabr 2016 03:51 (UTC +04:00)

Rusiyanın Rostov vilayətində  baş vermiş  qaz partlaması nəticəsində 2 nəfər ölüb,  5 nəfər xəsarət alıb.

 

APA-nın “İnterfaks” agentliiynə istinadən verdiyi xəbərə görə, insident Baqayevsk rayonunda yerləşən ikimənzilli yaşayış evində qeydə alınıb.

 

Hadisə nəticəsində mənzilin biri tamamilə, digəri isə qismən dağılıb. İlkin versiyaya görə, hadisəyə məişət qazının partlaması səbəb olub. Yaralananlardan 3-ü xəstəxanaya yerləşdirilib, onların vəziyyəti barədə məlumat verilmir. Hadisə yerinə Rusiya FHN-nin  canlı qüvvə və texnikası cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR