Bank Of Baku

Rusiyada qış vaxtının yenidən tətbiqi barədə qanun layihəsi Dövlət Dumasına təqdim olunub

Rusiyada qış vaxtının yenidən tətbiqi barədə qanun layihəsi Dövlət Dumasına təqdim olunub
# 20 yanvar 2014 11:05 (UTC +04:00)

Bakı - APA. Rusiyada qış vaxtının yenidən tətbiqi olunması barədə qanun layihəsi Dövlət Dumasına təqdim olunub.

 

APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə qanun layihəsinin müəlliflərdən biri, Sağlamlığın mühafizəsi komitəsinin rəhbəri Sergey Kalaşnikov bildirib.

 

Onun sözlərinə görə, qanun layihəsinin qəbulu ilə Rusiya vətəndaşları astronomik vaxt üzrə yaşamağa başlayacaqlar. Deputat əlavə edib ki, qanunverici sənədi müxtəlif fraksiyaları təmsil edən 100-dən çox deputat imzalayıb.

 

Dövlət Duması qanun layihəsini qəbul etsə, Rusiyada saatların əqrəbləri bir saat geri çəkiləcək. Bununla da, yayda Moskva və Mərkəzi Avropa vaxtları arasında fərq 1 saat, qışda isə 2 saat təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR