Rusiyanın İrkutsk şəhərində spirtli içkidən zəhərlənərək ölənlərin sayı 53 nəfərə çatıb.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Səhiyyə nazirliyinin məlumatında bildirilir.
“Gecə saatlarında xəstəxanalarda 4 nəfər vəfat edib. Hazırda xəstəxanalarda həyatını itirənlərin sayı 25 nəfər təşkil edir. Daha 26 nəfərin müalicəsi davam etdirilir”, məlumatda qeyd olunur.
Rusiyanın İrkutsk vilayətində “Boyarışnik” losyonundan kütləvi zəhərlənmə faktı dekabrın 18-də qeydə alınıb.