Bakı-APA. Rusiyanın Pskov şəhərində 75 yaşlı pravoslav keşiş Pavel Adelqeym qətlə yetirilib. Tanınmış din xadimini qətlə yetirməkdə şübhəli bilinən şəxs artıq saxlanılıb.
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, saxlanılan 1986-cı il təvəllüdlü Moskva sakinidir. Qətl törətdikdən sonra o bıçaqla özünə xəsarət yetirib və hazırda xəstəxanadadır.
Şübhəli bilinən şəxs post-patrul xidmətinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış zamanı saxlanılıb.
Üzərində bıçaq yaraları olan keşişin meyiti ötən gün saat 20.00 radələrində kilsənin yaxınlığında olan evində evində aşlkarlanıb.