Bank Of Baku

Rusiyada yol qəzasında altı nəfər ölüb

Rusiyada yol qəzasında altı nəfər ölüb
# 20 fevral 2017 07:07 (UTC +04:00)

Rusiyada ağır yol qəzası nəticəsində 6 nəfər ölüb.

 

APA-nın “İnterfaks"a istinadən verdiyi məlumata görə, hadisə Saratov vilayətinin Petrovsk rayonunda baş verib.

 

Yerli vaxtla saat 05:00 radələrində Nijni-Novqorod-Saratov yolunun Tarumovka kəndi ərazisindən keçən hissəsində “Nissan” və KİA markalı avtomobillər toqquşub.

 

Polisin məlumatına görə, qəzaya KİA-nın yolun əks istiqamətinə çıxması səbəb olub.

 

Toqquşma nəticəsində hər iki maşının sürücüsü və KİA-da olan dörd sərnişin ölüb.

 

Qeyd edək ki, biri uşaq olmaqla, 12 nəfər bu il yanvarın 15-də və fevralın 11-də Saratov vilayətində baş verən yol qəzalarının qurbanı olmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR