Bakı-APA. Rusiyanın Xabarovsk diyarında 3,9 bal gücündə zəlzələ baş verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Çeqdomın qəsəbəsindən 115 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Zəlzələ bir sıra yaşayış məntəqələrində cüzi hiss olunub.
Dağıntı və zərərçəkən yoxdur.