Bank Of Baku

Rusiyadakı miqrantların sayı açıqlanıb

Rusiyadakı miqrantların sayı açıqlanıb
# 08 noyabr 2013 07:02 (UTC +04:00)

Bakı - APA. Rusiyadakı əmək miqrantlarının sayı açıqlanıb.

 

APA-nın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, Rusiyanın əmək və sosial müdafiə naziri Maksim Topilin ölkədə 6 milyona qədər xarici ölkə vətəndaşının əmək fəaliyyəti ilə məşğul olduğunu söyləyib.

 

Maksim Topilin bu miqrantlardan 2 milyonunun leqal əmək fəaliyyəti ilə məşğul olduğunu söyləyib. 4 milyon miqrant isə ya qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olur, ya da patent əsasında çalışır. Patent sistemi Rusiyada 2010-cu ildən tətbiq olunub. Patent miqrantlara evlərdə qulluqçu, dayə kimi çalışmaq hüququ verir.

 

Qeyd edək ki, Rusiyada qeyri-leqal əmək miqrantları ilə bağlı məsələ Moskvanın Qərbi Biryulevo rayonunda Yeqor Şerbakovun qətlə yetirilməsindən sonra aktuallaşıb. Yeqor Şerbakovun qətlində Azərbaycan vətəndaşı Orxan Zeynalov təqsirləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR