Rusiyanı Cənubi Qafqazla birləşdirən Hərbi Gürcüstan yolu yük avtomobilləri üçün bağlanıb.
APA-nın “Vesti.ru”-ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə Baş İdarəsi məlumat yayıb.
Yol Moskva vaxtı ilə saat 18:00-dən etibarən qeyri-sabit hava şəraiti ilə əlaqədar qeyri-müəyyən müddətə bağlanıb.